Moldovanın Aİ-yə inteqrasiya yolu Rusiya ilə qarşıdurma demək deyil - ÖZƏL

Olaylar.az   xəbər verir ki, Moldova prezidentliyinə namizəd Aleksandr Stoyanoqlo bildirib ki, ölkəsinin Avropaya inteqrasiyasına tərəfdar olsa da, bunun Moskva ilə qarşıdurmaya səbəb olmasını istəmir.

"Mən dərindən əminəm ki, Moldovanın Avropaya inteqrasiyası, ilk növbədə, ölkəmizin sabit inkişafını, daha yaxşı yaşayışını və demokratik dəyərlərini təmin etmək üçün bir fürsətdir. Avropa İttifaqına gedən yola Rusiyaya müxalifət kimi baxmaq olmaz. Moldovanın xarici siyasəti həm Aİ, həm də Rusiya ilə qarşılıqlı hörmətə söykənməlidir" - o, deyib.

Onun fikrincə, ölkənin inkişafı bütün tərəfdaşlarla konstruktiv münasibətlər tələb edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31