Türkiyənin vasitəçiliyi çətin ki, uğur qazansın, çünki Kiyev və Qərb sülh istəmir - ÖZƏL

Olaylar.az   xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Qərb ölkələri və Kiyev hökuməti Ukraynada sülhə can atmır və buna görə də Türkiyə də daxil olmaqla, heç bir ölkənin sülh səylərinin uğur qazanması ehtimalı azdır.

"Hazırda rəqiblərimiz deyəsən sülh istəmir. Prezident Vladimir Putinin iyunda təklif etdiyi sülh təşəbbüsünə Ukraynanın reaksiyası Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə müdaxiləsi və digər sərhəd bölgələrindəki hədəflərə hava zərbələri endirməsi olub", - Lavrov Türkiyənin   vasitəçilik perspektivlərini şərh edərkən deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31