Tramp ABŞ-ı “axmaqlar ölkəsi” adlandırdı- ÖZƏL
1 Noyabr 2024 10:35 DünyaABŞ-də keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi olan Donald Tramp, məşhur teleaparıcı Taker Karlsona verdiyi müsahibədə hazırkı administrasiyanı kəskin şəkildə tənqid edib.
Olaylar.az xəbər verir ki, o, ABŞ-ı "axmaqlar ölkəsi" adlandıraraq, onu idarə edənlərin də "axmaq" olduğunu bildirib.
Tramp daha sonra prezident Co Baydenin siyasətini sərt ifadələrlə tənqid edib. Baydeni "axmaq əclaf" adlandıran Tramp, onun ölkəni məhvə sürüklədiyini söyləyib.
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri 5 noyabrda keçiriləcək. Seçkidə Respublikaçılar Partiyasından Donald Tramp, Demokratlar Partiyasından isə Kamala Harris namizəd kimi iştirak edəcək. ABŞ-ın siyasi analitikləri hər iki namizədin qələbə şanslarının bərabər olduğunu vurğulayır.