Vaşinqton və müttəfiqləri Maya Sandunun ikinci dəfə prezident seçilməsində maraqlıdır - Rusiya Xarici Kəşfiyyat Xidməti

Vaşinqton və onun müttəfiqləri Maya Sandunun ikinci dəfə prezident seçilməsində və Kişinyovun Aİ və NATO ilə sürətlə yaxınlaşma kursunu davam etdirməsində maraqlıdır.

Olaylar Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) Mətbuat Bürosu məlumat yayıb.

Mətbuat Bürosu bildirilib ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Moldova prezident seçkilərinin ikinci turunda baş verəcək çoxsaylı pozuntular barədə məlumatları açıqlamaq niyyətində deyil.

"ATƏT-in katibliyində əmindirlər ki, Moldova hakimiyyəti Maya Sandunun seçkilərin ikinci turunda qələbəsini təmin etmək üçün yenidən pozuntulara əl atacaq", - məlumatda qeyd edilib.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, ATƏT-də etiraf edirlər ki, nə birinci, nə də ikinci səsvermə turundan sonra Moldovadakı pozuntu faktları açıqlanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31