Meksikada zavod partlayıb - 12 ölü var

Meksikanın Tlakskala ştatında polad zavodunda baş verən partlayış nəticəsində azı 12 nəfər həlak olub.

Olaylar.az xəbər verir ki, bu barədə regional Mülki Müdafiə İdarəsi məlumat yayıb.

"Mülki Müdafiə İdarəsi bildirir ki, bu gün səhər saatlarında Xalostokda, Mexiko-Verakrus federal magistral yolunun 123-cü kilometrliyində yerləşən SIMEC obyektində partlayış baş verib. İlkin məlumatlara görə, bu, tökmə qülləsinin uçmasına səbəb olub. Hazırda 12 nəfərin öldüyü, bir nəfərin isə xəsarət aldığı bildirilir" , - idarənin açıqlamasında qeyd olunub.

Yanğınsöndürənlər hadisə yerindədirlər.

"Prokurorluq hadisəyə görə məsuliyyət daşıyanların müəyyənləşdirilməsi üçün araşdırmaya başlayıb" ,- ştatın qubernatoru Lorena Kuelyar "X" sosial şəbəkəsində yazıb. (oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31