“Biz İsrailin özünümüdafiəsini dəstəkləyəcəyik”
31 Oktyabr 2024 10:06 Dünya"İran İsrailə cavab verməməlidir, bunu etməməlidir. Əgər cavab vermək istəsələr, biz İsrailin özünümüdafiəsini dəstəkləyəcəyik".
Olaylar xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karine Jan-Pyer gündəlik mətbuat brifinqində jurnalistlərin suallarını cavablayan zaman deyib.
İsrailin Livana hücumlarını şərh edən Jan-Pyer diplomatik həll yolunun tapılması lazım olduğuna inandıqlarını və bunun üçün çalışdıqlarını bildirib. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31