BRİKS sammitinin nəticələri Qərbin Rusiyanı təcrid etməkdə uğursuzluğunu əks etdirir - ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, BRİKS sammiti Qərbin Rusiyanı təcrid etməkdə acizliyini nümayiş etdirir.

O, Xaricdə Yaşayan Həmvətənlərin VIII Ümumdünya Konqresinin açılışı zamanı deyib: "Rusiyanı beynəlxalq arenada təcrid etmək cəhdləri fəlakətli şəkildə iflasa uğradı.

"Qlobal çoxluq ölkələri Qərblə uzlaşmır, əksinə, bizimlə müxtəlif sektorlar üzrə münasibətlərini gücləndirirlər. Rusiyanın ev sahibliyi ilə Kazanda keçirilən BRİKS sammitinin nəticəsi buna bir daha sübutdur", - Lavrov əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31