Fitso: Putinlə tərəddüd etmədən danışaram

Slovakiyanın Baş naziri Robert Fitso Rusiya Prezidenti Vladimir Putinlə tərəddüd etmədən danışmağa hazır olduğunu bildirib.

Olaylar xəbər verir ki, o, bu sözləri "Rossiya-1" telekanalında yayımlanan "60 dəqiqə" proqramına müsahibəsində deyib.

"Mən bir neçə dəfə cənab Prezident Putinlə görüşmüşəm. Hətta baş nazir olanda, prezident olmamışdan əvvəl də onunla görüşümüz olub. Lazım gələrsə, Prezident Putinlə tərəddüd etmədən danışmağa hazıram, bunu kifayət qədər ciddi deyirəm", - o bildirib. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31