Şimali Koreya hərbçiləri Ukraynaya gələn kimi qaçırlar
30 Oktyabr 2024 11:44 DünyaArtıq Ukrayna ərazisində Şimali Koreyanın az sayda hərbçisi var.
Olaylar bildirir ki, bu barədə CNN Qərb kəşfiyyatının iki nümayəndəsinə istinadən məlumat yayıb.
Bildirilir ki, bölgəyə gələn hərbçilərin əksəriyyəti xüsusi təyinatlılardır.
KXDR hökuməti onları ruslardan daha güclü hesab edir, həm də həqiqi müharibədə döyüş təcrübəsi qazanmalarını istəyir. Bəzi əsgərlərin döyüş meydanına gəldikdən dərhal sonra ordunu tərk etmələri barədə məlumatlar da yayılıb.
Həmçinin vurğulanır ki, dil baryeri də onlar üçün problem olacaq. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31