İsrail İranın Kosmik Mərkəzini də vurub
30 Oktyabr 2024 10:53 Dünyaİranın ballistik raketlərin istehsal olunduğu və buraxıldığı SEPAH-a məxsus Şahrud Kosmik Mərkəzi ötən həftə İsrailin hücumu nəticəsində zədələnib.
Olaylar xəbər verir ki, bu barədə "Assoşeyted Press" peyk çəkilişlərinə istinadla məlumat yayıb.
"Planet Labs PBC"dən alınan və təhlil olunan yüksək keyfiyyətli peyk şəkilləri Tehrandan təxminən 370 kilometr şimal-şərqdə, Semnandakı Şahrud Kosmik Mərkəzinin zərər gördüyünü göstərir", - nəşr bildirib.
Zərbələr nəticəsində Şahrud Kosmik Mərkəzinin mərkəzi binasına, bir neçə qonşu binaya və anqara ziyan dəydiyi bildirilib. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31