Zaxarova: “ABŞ ‘İzvestiya’ jurnalistlərinin saxlanmasını gizlədib”- ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, ABŞ hakimiyyəti "İzvestiya" qəzetinin jurnalistlərinin Amerika hava limanında saxlanılması barədə Rusiya səfirliyinə məlumat verməyib.

Hadisə ABŞ-yə prezident seçkilərini işıqlandırmaq üçün gələn "İzvestiya" əməkdaşlarının 29 oktyabr gecəsi saxlanılması ilə bağlıdır. Zaxarovanın sözlərinə görə, jurnalistlər bütün lazımi sənədlərə malik olduqları halda hava limanında saxlanılıb, uzun saatlar dindirilib və qrupun operatorunun vizası "inzibati səbəblər" əsas gətirilərək ləğv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31