ABŞ İsrailin İrana hücumuna görə məsuliyyət daşıyacaq - ÖZƏL

Olaylar.az xəbər verir ki, Islam Respublikasının BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bildirib ki, ABŞ İsrailin İrana hücumunda iştirak edir və buna görə məsuliyyət daşıyacaq.

"Birləşmiş Ştatların İsrailə texniki təcrübə və qabaqcıl hərbi sistemlər təqdim etməklə İsrail təcavüzünə qarışması İsraili İrana qarşı təcavüzkar hücumlarını həyata keçirməyə daha da təhrik edib və cəsarətləndirib. Buna görə də ABŞ hökuməti İsrailin təcavüzündə "ortaqdır" və onun nəticələrini çəkəcək", - deyə diplomat bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31