İstanbulda İŞİD-ə qarşı əməliyyat: 33 şübhəli saxlanılıb
29 Oktyabr 2024 14:41 DünyaTürkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda 33 şübhəli saxlanılıb.
Olaylar Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbul Terrorla Mübarizə Şöbə İdarəsi qruplarının apardığı araşdırmalarda İŞİD təşkilatının nəzarətində olan "Ahidder" adı altında qeyri-qanuni məscid və mədrəsə fəaliyyətlərinin həyata keçirildiyi müəyyən edilib.
Qanunsuz cihad məzmunlu dərs və söhbətlər, eləcə də tədbirlər təşkil edən M.K adlı şübhəlinin təşkilat adına açılacaq saxta məscid və mədrəsə fəaliyyətlərində istifadə olunmaq məqsədilə fitrə, zəkat və ianə adı altında pul topladığı aşkarlanıb.
Məlumatda bildirilir ki, terror təşkilatına və əlaqədar qurumlara maliyyə dəstəyi təmin edən şübhəlilərin kimlik və ünvanlarını müəyyənləşdirən qruplar, 10 rayonda eyni vaxtda əməliyyat keçirib. Nəticədə 33 şübhəli saxlanılıb.
Qeyd edilib ki, saxlanılan 33 şübhəli barəsində istintaq işi davam edir.