Papuaşvili: Gürcüstan parlamenti Zurabişvili çağırmadan da toplaşacaq- ÖZƏL

Prezident Salome Zurabişvili ilk iclası təyin etməkdən imtina etsə belə, yeni çağırış parlamenti görüşəcək.

Olaylar.az xəbər verir ki, bu haqda Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib. 

Papuaşvili xatırladıb ki, ilk iclası Gürcüstan prezidenti çağırır. Ancaq görünür, dövlət başçısı Zurabişvili bunu etməyi planlaşdırmır. Gürcüstan parlamentinin sədri vurğulayıb ki, seçkinin nəticələrinin rəsmi yekunlaşdırılmasından sonra onuncu gündə parlament toplaşmağa məcbur olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31