Hindistanda atəşfəşanlıq anbarının partlaması nəticəsində 150 nəfər xəsarət alıb- ÖZƏL
29 Oktyabr 2024 13:12 DünyaHindistanda ölkənin cənubundakı məbəddə dini bayram zamanı güclü atəşfəşanlıq nəticəsində 150-dən çox insan xəsarət alıb.
Olaylar.az xəbər verir ki, bu haqda "Associated Press News" yazır.
"Partlayış bazar ertəsi axşam Virarkavu məbədi yaxınlığında fişəng anbarının alovlandığı zaman baş verib", - məqalədə deyilir.
Nəşrin məlumatına görə, zərərçəkənlər müxtəlif xəstəxanalarda müalicə olunub, onlardan səkkizi ağır xəsarət alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31