Şimali Koreya ölkə lideri Kim Çen İni qorumaq üçün təhlükəsizlik tədbirlərini gücləndirib- ÖZƏL
29 Oktyabr 2024 12:34 DünyaCənubi Koreya kəşfiyyatı Şimali Koreyanın son vaxtlar ölkə lideri Kim Çen İni qorumaq üçün təhlükəsizlik tədbirlərini gücləndirdiyini bildirib.
Olaylar.az xəbər verir ki, bu məlumatı Yonhap agentliyi yayıb.
KİV-in məlumatına görə, tədbirlər Kim Çen İnin ictimai fəallığının ötən illə müqayisədə 60% artması fonunda həyata keçirilib. Təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb Şimali Koreya liderinin həyatına mümkün təhlükələr olub.
Cənubi Koreya kəşfiyyatı həmçinin bildirib ki, Kim Çen İnin qızının statusu son vaxtlar artıb və ona potensial varis kimi baxılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31