Orban Gürcüstandadır - VİDEO
29 Oktyabr 2024 11:33 DünyaOrban Gürcüstanda rəsmi səfərdədir.
Olaylar xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban Tbilisidə Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə təntənəli görüş keçirəcəyi hökumət binasına gəlib.
Qarşılanma mərasimindən sonra hər iki ölkənin liderləri və nümayəndələri danışıqlar aparmaq üçün hökumət binasına gediblər.
Orbanın oktyabrın 28-29-na planlaşdırılan səfəri Gürcüstanın baş nazirinin dəvəti ilə baş tutub.
Macarıstan nümayəndə heyətinə xarici işlər, maliyyə və iqtisadi inkişaf nazirləri daxil idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31