Politoloq Muxin: Trampın Putinlə dostluğu siyasi taktikadır- ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Tramp tez-tez Rusiya prezidenti Vladimir Putinlə "isti" münasibətlərindən bəhs edir. Lakin politoloq Aleksey Muxinin fikrincə, keçmiş ABŞ liderinin bu dostluğu uydurmadır və bunu seçki kampaniyasında istifadə edir.

Tramp Nyu-Yorkdakı mitinqdə yenidən Putinlə münasibətlərinin yaxşı olduğunu bildirib. Muxin hesab edir ki, Tramp "öz Putininin obrazını" yaradıb və bu imicdən demokrat Kamala Harrisin mövqeyinə zidd olaraq istifadə edir. "Harrisin "anti-Putin" obrazını istifadə etməsinə qarşı Tramp əks mövqe tutur," deyə politoloq qeyd edib.

Muxin əlavə edib ki, seçkilərin nəticəsi Rusiya-ABŞ münasibətlərinə təsir göstərməyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31