Vaşinqton Ukraynaya silah məhdudiyyəti qoymayacaq- ÖZƏL
29 Oktyabr 2024 10:28 DünyaOlaylar.az xəbər verir ki, ABŞ, Şimali Koreya Rusiyanın tərəfində Ukrayna münaqişəsinə qoşulacağı təqdirdə, Ukraynanın ABŞ silahlarından istifadəsinə əlavə məhdudiyyətlər tətbiq etməyi planlaşdırmır. Bu barədə Reuters Pentaqona istinadən məlumat yayıb.
Agentlik ABŞ rəsmilərinin, "Əgər Şimali Koreya Ukrayna münaqişəsinə qoşulsa, ABŞ Ukraynanın Amerikan silahlarından istifadəsinə yeni məhdudiyyətlər qoymayacaq," sözlərini sitat gətirib.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, Rusiya ilə Pxenyan arasında hərbi sahədə əməkdaşlığın beynəlxalq hüquq çərçivəsində baş verdiyini və Şimali Koreyadan hərbçilərin göndərilməsi ilə bağlı məlumatların "dezinformasiya və səs-küy" olduğunu bildirmişdi.
Bir müddət əvvəl Vladimir Zelenski isə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski tərəfindən Rusiyanın guya Şimali Koreyadan hərbçilər cəlb etməsi ilə bağlı hazırlanan hesabat barədə məlumat vermişdi.