Rusiyadan gələn ammonium nitrat daşıyan zədələnmiş gəmi Britaniyada dayanıb- ÖZƏL
29 Oktyabr 2024 09:18 DünyaBöyük Britaniyanın şərqində ammonium nitrat (ammonium nitrat) daşıyan MV Ruby gəmisi Böyük Yarmut limanında dayanıb və Rusiyadan Afrikaya gedərkən zədələnib.
Olaylar.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
"Minlərlə ton potensial partlayıcı gübrə daşıyan zədələnmiş gəmi Norfolk limanına yanaşıb", - deyə telekanal xəbər verir.
Liman meneceri Riçard Qoffinin sözlərinə görə, hazırda partlayıcı yük başqa gəmiyə aparılır. Liman əməkdaşları zədələnmiş gəminin təhlükəsiz şəkildə boşaldılmasını və onun sonrakı səfərinin davam etdirilməsini təmin edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31