Orbanın Tiflis səfərinə AB-dən reaksiya
28 Oktyabr 2024 15:53 DünyaMacarıstan baş nazirinin Gürcüstana səfəri ikitərəfli münasibətlər çərçivəsində baş verir.
Olaylar xəbər verir ki, bunu AB-nin xarici siyasət xidmətinin rəsmisi Nabil Massrali deyib.
"Bu səfər tamamilə ikitərəfli əlaqələr çərçivəsindədir, Orban bu səfərdə AB-ni təmsil etmir", - Massrali bildirib.
Qeyd edək ki, Orban hakim Gürcü Arzusunu 26 oktyabrda parlament seçkilərindəki qələbə münasibəti ilə təbrik edən hələlik yeganə Avropa lideridir və bu gün Tiflisə səfərə gəlir. (axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31