Orban Gürcüstana gedir
28 Oktyabr 2024 14:13 DünyaMacarıstanın baş naziri, Aİ Şurasının sədri Viktor Orban Gürcüstana rəsmi səfər edəcək.
Olaylar xəbər verir ki, bu barədə hökumət administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Oktyabrın 29-da Gürcüstan hökumətinin administrasiyasında baş nazirin rəsmi qarşılanma mərasimi keçiriləcək. Gürcüstan hökumətinin başçısı İrakli Kobaxidze macar həmkarını qəbul edəcək.
Görüşlər üzbəüz və geniş formatda keçiriləcək, bundan sonra İrakli Kobaxidze və Viktor Orban mediaya birgə bəyanatlarla çıxış edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31