Ukraynanın Rusiyanın Voronej vilayətinə hücumu nəticəsində iki nəfər yaralanıb - ÖZƏL
28 Oktyabr 2024 11:35 DünyaUkrayna hərbçiləri Rusiyanın Voronej vilayətində iki müəssisəyə pilotsuz təyyarələrlə hücum edib, iki nəfər yaralanıb.
Olaylar.az xəbər verir ki, bunu qubernator Aleksandr Qusev bildirib.
"Ötən gecə Voronej vilayətində iki müəssisə düşmənin pilotsuz uçan aparatları ilə hücuma məruz qalıb. Anninski rayonunda iki əməkdaş yaralanıb", - o, deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31