SEPAH 10 polisin qisasını alır: 3 silahlı məhv edildi
28 Oktyabr 2024 10:52 Dünyaİranın Sistan və Bəlucistan əyalətininin Zahidan yaxınlığında yerləşən Serkal rayonunun Kurin bölgəsində SEPAH 3 silahlı şəxsi öldürüb.
Olaylar xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Rəsmi məlumatda həmin şəxslərin iki gün əvvəl 10 polis əməkdaşının öldürülməsində iştirak etdikləri bildirilib.
SEPAH-a məxsus PUA-larla həyata keçirilən əməliyyatda öldürülənlərin hansı təşkilata mənsub olduqları barədə açıqlama verilməyib. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31