Tramp Ukraynada münaqişənin başlamasını ABŞ Demokrat Partiyasının səhvi kimi izah edib- ÖZƏL

Rusiya Prezidenti Vladimir Putin Ukraynada xüsusi hərbi əməliyyata başlamaq qərarını ABŞ-ın Demokratlar Partiyasının səhvi səbəbindən qəbul edib. 

Olaylar.az xəbər verir ki, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp bu fikri səsləndirib və Vaşinqtonun Demokratların hərəkətləri nəticəsində "kağız pələngə" çevrildiyini vurğulayıb.

Tramp ABŞ-ın Əfqanıstandan "şərəf və güc olmadan" çıxdığını, bunu ölkənin tarixində görünməmiş bir utancaqlıqla etdiyini qeyd edib.

"Ona görə də Putin bizə baxdı və ehtimal etdi, düşündü ki, biz, kağız pələngə çevrilmişik, bundan sonra Ukraynaya yollandı və qalanı tarixdir," - deyə Tramp Nyu-Yorkdakı seçki mitinqində bildirib.

Siyasətçi yenidən vurğulayıb ki, dövlət başçısı olduğu vaxt Rusiya lideri ilə yaxşı münasibətlər qurmuşdu, halbuki o zaman belə Kiyev Putinə "göz dağı" kimi gəlirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31