Ermənilər Atatürkdən bəhs edən cizgi filiminin yayımına mane oldu

Mustafa Kamal Atatürkün uşaqlığından bəhs edən ilk cizgi filmi "Mustafa" Avropa ölkələrində maneələrlə qarşılaşıb.

Olaylar Türkiyə mətbuatına istinadən xəbər verir ki, oktyabrın 25-də yayımlanan film Avropada nümayişinə saatlar qalmış bloklanıb.

Məsələ ilə bağlı açıqlama verən filmin prodüserlərindən olan Kamuran Ayna filmin yayımlanmadığını və blokadanın arxasında erməni lobbisinin dayandığını bildirib:

"Milyonlarla vətəndaşımız Avropada yaşayır. Oradakı uşaqlarımızın öz ölkələrinin qurucu lideri Atatürkü tanımaq hüququna malik olduqlarını əsas götürərək, Avropa nümayişləri üçün təşəbbüs göstərdik. İlk vaxtlarda aldığımız çox müsbət reaksiyalar və dəstək demək olar ki, əksinə oldu.Distribyutorlarla ilkin razılaşmalardan sonra bizə hər gün başqa ölkədən zənglər gəlirdi. Bütün distribütorlar birdən kinoteatrların onlara çatdırdığı şikayətləri dilə gətirməyə başladılar. Nəticədə biz filmimizi hazırda Avropada nümayiş etdirə bilmirik". (

Mustafa Kamal Atatürkün uşaqlığından bəhs edən ilk cizgi filmi "Mustafa" Avropa ölkələrində maneələrlə qarşılaşıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, oktyabrın 25-də yayımlanan film Avropada nümayişinə saatlar qalmış bloklanıb.

Məsələ ilə bağlı açıqlama verən filmin prodüserlərindən olan Kamuran Ayna filmin yayımlanmadığını və blokadanın arxasında erməni lobbisinin dayandığını bildirib:

"Milyonlarla vətəndaşımız Avropada yaşayır. Oradakı uşaqlarımızın öz ölkələrinin qurucu lideri Atatürkü tanımaq hüququna malik olduqlarını əsas götürərək, Avropa nümayişləri üçün təşəbbüs göstərdik. İlk vaxtlarda aldığımız çox müsbət reaksiyalar və dəstək demək olar ki, əksinə oldu.Distribyutorlarla ilkin razılaşmalardan sonra bizə hər gün başqa ölkədən zənglər gəlirdi. Bütün distribütorlar birdən kinoteatrların onlara çatdırdığı şikayətləri dilə gətirməyə başladılar. Nəticədə biz filmimizi hazırda Avropada nümayiş etdirə bilmirik". (milli.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31