Trampın qələbəsi halında Avropanın Ukraynanı dəstəkləməsi çətinləşə bilər- ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa liderlərinin Ukraynanı "lazım olduğu qədər" dəstəkləyəcəyinə dair vədlərinə baxmayaraq, bu yardımın davam etməsi bir sıra amillər, o cümlədən Donald Trampın prezident seçkisində qələbəsi səbəbindən daha az ehtimal olunur. Bu barədə Washington Post qəzeti məlumat yayıb.

Nəşrdə bildirilir ki, "lazım olduğu qədər" Avropanın Ukraynaya dəstək xəttini təşkil etsə də, qitənin bir çox siyasətçisi bu yardımın müddəti uzandıqca daha da çətinləşdiyini qəbul edir. Məqalə müəllifi əlavə edir ki, Avropa ölkələrinin liderləri ABŞ-də keçiriləcək prezident seçkilərinin nəticələrini gözləyir və yalnız bundan sonra Ukrayna ilə bağlı hər hansı bir addım atmağı planlaşdırırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31