Mask söz verdi: Tramp qalib gələrsə…- ÖZƏL

ABŞ prezidentliyinə namizəd Donald Trampın seçki kampaniyasında iştirak edən amerikalı iş adamı İlon Mask siyasətçinin qalib gələcəyi təqdirdə federal büdcə xərclərini əhəmiyyətli dərəcədə azaldacağını vəd edib. Maska görə, "ikiqat xərclər" aradan qaldırılarsa, qənaət iki trilyon dollardan çox ola bilər.

Olaylar.az xəbər verir ki, milyarder bunu Donald Trampa dəstək mitinqində deyib: 

"Biz hökuməti boynunuzdan və cibinizdən çıxaracağıq".

Bundan əvvəl İlon Mask ABŞ-ın mümkün iflas mexanizmini təsvir edərək demişdi ki, hakimiyyət yaxın gələcəkdə dövlət xərclərini kökündən azaltmasa, ABŞ müflis ölkəyə çevrilə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31