Xaricdə erkən səsvermədə iştirak edən Özbəkistan vətəndaşlarının sayı açıqlanıb
27 Oktyabr 2024 12:21 DünyaXaricdə erkən səsvermədə iştirak edənlərin sayı 132 667 nəfərə çatıb.
Bu barədə Özbəkistan xarici işlər nazirinin birinci müavini Bahromjon Aloyev brifinqdə bildirib.
"Özbəkistanın xaricdəki 40 səfirlik və konsulluğunda ümumilikdə 57 səsvermə məntəqəsi təşkil edilib", - deyə o qeyd edib.
Qeyd edək ki, oktyabrın 27-də Özbəkistanda Ali Məclisin (parlament) Qanunvericilik Palatası və yerli şuralara deputat seçkiləri keçirilir.
Seçki məntəqələri saat 08:00-dan 20:00-dək açıqdır və ilkin nəticələr oktyabrın 28-də elan olunacaq.
Seçkilərdə beş partiya iştirak edir: Sahibkarlar və İş Adamları Hərəkatı - Özbəkistan Liberal Demokrat Partiyası, "Milliy tiklaniş" Demokrat Partiyası, Ekoloji Partiyası, Xalq Demokratik Partiyası və "Adolat" Sosial Demokrat Partiyası.
Trend