Gürcülər arzusuna çatdı - Seçkilərin nəticəsi bəllidir
27 Oktyabr 2024 10:02 DünyaGürcüstanda keçirilən parlament seçkilərinin nəticəsi bəlli olub.
Olaylar.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
97.011 faiz sayılan səslərə əsasən, "Gürcü azusu" partiyası seçicilərin 54,24 faizinin etimadını qazanıb.
Hakim partiyanı 1 087 801 seçici dəstəkləyib.
Dörd qərbyönümlü müxalifət koalisiyası isə ümumilikdə 37,33% səs toplaya bilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31