“Gürcü arzusu” artıq qələbəni təmin edib - Kobaxidze
26 Oktyabr 2024 19:40 DünyaHazırda olan məlumatlar sübut edir ki, "Gürcü arzusu" böyük fərqlə inamlı qələbəni artıq təmin edib.
Olaylar.az xəbər verir ki, bunu "Gürcü arzusu"nun seçki qərargahının rəhbəri İrakli Kobaxidze deyib.
"Bununla belə, bizim daha yüksək ambisiyamız var, konstitusiya çoxluğu əldə etmək istəyirik, bu da indiki mərhələdə təmin olunmur", - deyə o bildirib.
İrakli Kobaxidze vətəndaşları fəal olmağa çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31