Hizbullah Təl-Əviv yaxınlığındakı bazanı vurdu

Hizbullah təşkilatının silahlı birləşmələri İsrail Hərbi Hava Qüvvələrinin Təl-Əvivin 27 km-də yerləşən Tel Nof bazasına hücum edib.

Olaylar xəbər verir ki, bu barədə təşkilatın Teleqram kanalında məlumat yayılıb.

Bildirilib ki, hücum dronlar vasitəsilə həyata keçirilib və obyekt vurulub.

İsrail ordusu Hizbullahın iddiası ilə bağlı hər hansı açıqlama yaymayıb. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31