"Harun Yahya"nın 2 milyardlıq sərvəti dövlətə təhvil verildi
26 Oktyabr 2024 13:34 DünyaAdnan Oktarın dodaq uçuqladan sərvəti dövlətə təhvil verilib.
Olaylar xəbər verir ki, Adnan Oktarın qurduğu silahlı cinayət təşkilatının ən azı 2 milyard lirə olduğu düşünülən sərvətinin dövlətə təhvil verilməsi prosesinin tamamlandığı iddia edilib.
Xatırladaq ki, Ali Apellyasiya Məhkəməsində Adnan Oktar silahlı cinayət təşkilatı işi üzrə apellyasiya şikayəti iyul ayında başa çatdırılıb. Buna görə, Adnan Oktara cinayət təşkilatı yaratmaq və idarə etmək, cinsi zorakılıq və cinsi təcavüz, təhsil hüququnun qarşısının alınması və şəxsi azadlıqdan məhrum etmə cinayətlərinə görə verilən 8 min 463 il 4 ay həbs cəzası təsdiq edilmişdir. (Milli.Az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31