Türkiyədə ikinci atom elektrik stansiyası tikiləcək

"Rosatom" Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan Türkiyədə ikinci atom elektrik stansiyası tikmək təklifi alıb.

Olaylar xəbər verir ki, bu barədə "Rosatom"un rəhbəri Aleksey Lixaçev RT-yə müsahibəsində bildirib.

"Bu, Türkiyə prezidenti cənab Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə bizə etdiyi təklifdir və biz hazırda Türkiyədə mövcudluğumuzun mümkün genişləndirilməsi ilə bağlı hökumət səviyyəsində məsləhətlər aparırıq" - deyə Lixaçev bildirib.

Qeyd edək ki, Rusiya ilə Türkiyə arasında nüvə enerjisi sahəsində strateji əməkdaşlıq Mersində Türkiyənin ilk atom elektrik stansiyası olan "Akkuyu"-nun tikintisi layihəsi ilə başlayıb və bununla bağlı 2010-cu ildə müqavilə imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31