İran ordusu bəyanat yaydı: iki hərbçi ölüb

İsrailin ötən gecə İrana hücumu nəticəsində 2 hərbçi ölüb.

Olaylar-ın xəbərinə görə, ölkənin yerli KİV-lərinə istinadən məlumatına görə, bununla əlaqədar İran ordusu bəyanat yayıb.

Bəyanata əsasən, hərbçilər Havadan Müdafiə Sistemləri ilə İsrailin raketlərini vurarkən ölüblər.

Qeyd edək ki, ötən gecə İsrail İranın Tehran, Xuzistan və İlam vilayətlərində hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb. İranın Havadan Müdafiə Qərargahı hava hücumuna reaksiya verdiyini və məhdud şəkildə zərər dəydiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31