Türkiyədən sonra Rusiyada insanlara hücum: Yaralı var - VİDEO

Sankt-Peterburq şəhərində marketlərdən birinə hücum olub. 

Olaylar Rusiya mətbuatına istinadən xəbər verir ki, naməlum şəxs bıçaqla marketə hücum edərək, insanları yaralayıb. İlkin məlumatlara görə, altı nəfər yaralanıb.

Hücumçu müştərilərdən biri tərəfindən vurulub. 44 yaşlı Yuri A. saxlanılıb.

Supermarket bağlanıb, polis isə hadisə yerindədir.

Xatırladaq ki, oktyabrın 23-də Ankarada Türkiyənin Aviasiya və Kosmik Sənaye Şirkətinə (TUSAŞ) hücum olub. Hücumu təşkil edənlərin ikisi də PKK üzvüdür. Onlardan biri Ali Örekin ( ləqəbi "Rojger"), digəri isə Mine Sevjin Alçiçekdir. Hər ikisi əməliyyat nəticəsində zərərsizləşdirilib. TUSAŞ-ın zavodunda törədilən terror nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31