İranda din xadimi güllələnərək öldürülüb.
Olaylar bildirir ki, bu barədə IRNA məlumat yayıb.
Məlumata görə, bu gün Kazerunda cümə namazı qıldıqdan sonra naməlum şəxs hüccətül-islam Məhəmməd Səbahiyə silahla atəş açıb. Hücum edən şəxs daha sonra özünü öldürüb.
İmam-cümə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. (APA)