Türkiyə İraqın şimalında 7 PKK terrorçusunu zərərsizləşdirib
25 Oktyabr 2024 14:41 DünyaTürkiyə İraqın şimalındakı "Pəncə-Kilid" əməliyyat bölgəsində 7 PKK terrorçusunu zərərsizləşdirib.
Olaylar xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi açıqlama verib.
"Terrorçulardan sığınacaq yerlərində hesab soruşuruq. Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalında, "Pəncə-Kilid" bölgəsində 7 PKK terrorçusunu zərərsizləşdirdi.
Bölgədə tək bir terrorçu qalana qədər əməliyyatlarımız qətiyyətlə davam edəcək", - Türkiyə Müdafiə Nazirliyi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31