Qərb Serbiyada dövlət çevrilişi etmək cəhdlərini davam etdirir — ÖZƏL

Qərb ölkələri hələ də Serbiyada dövlət çevrilişinə cəhd edirlər.

Olaylar.az xəbər verir ki, bunu Baş nazirin müavini Aleksandar Vulin bildirib.

"Həmişə belə edirlər, bilirsiniz. Biz bunu 5 oktyabr 2000-ci ildə dövlət çevrilişi zamanı yaşadıq", - o vurğulayıb.

Serbiyalı rəsmi qeyd edib ki, bu təcrübədən sonra Belqrad "artıq buna heç vaxt icazə verməyəcək". "Xoşbəxtlikdən, bizim Rusiya təhlükəsizlik agentliyində dostlarımız var - onlar bizə nə baş verəcəyini əvvəlcədən söylədilər", - o, deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31