Ötən gecə Rusiya-Ukrayna arasında nələr baş verib? - Müdafiə Nazirliyi açıqladı
25 Oktyabr 2024 13:47 DünyaGecə saatlarında Rusiya zenit qüvvələri Ukraynaya məxsus 7 pilotsuz uçan aparatı və bir kiçik balonunu tutaraq məhv edib.
Olaylar xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Ötən gecə Ukrayna tərəfindən Rusiya ərazisində yerləşən obyektlərə təyyarə tipli ATS və kiçik balonlardan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb.
"Növbətçi hava hücumundan müdafiə bölmələri Azov dənizi akvatoriyasında 3, Belqorod vilayətində 3, Bryanskda bir və Rostov vilayətində Ukraynaya məxsus pilotsuz uçan aparatı ələ keçirib və məhv edib", - məlumatda deyilir.
Xatırladaq ki, Ukrayna ordusu mütəmadi olaraq Rusiyanın sərhədyanı rayonlarını, xüsusilə Belqorod, Bryansk, Kursk və Voronej rayonlarını müxtəlif üsullarla atəşə tutur. (publika.az)