Kim Çen İn Rusiyaya gedir - AÇIQLAMA

Şimali Koreya lideri Kim Çen İnın 2025-ci ildə yenidən Rusiyaya səfər edə biləcəyi ehtimal olunur. 

Olaylar xəbər verir ki, bu barədə Rusiya mətbuatı xəbər yayıb.

Peskov Şimali Koreya lideri Kim Çen İnın 2025-ci ildə yenidən Rusiyaya səfər edə biləcəyi ehtimalını açıqlayıb.

"Koreya Xalq Demokratik Respublikası bizim qonşumuzdur və biz bütün mümkün sahələrdə əlaqələri çox fəal şəkildə inkişaf etdiririk və təbii ki, yaxın qonşularımız da daim yüksək səviyyədə səfərlər edir", - Kreml nümayəndəsi qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31