Litva 2025-ci ilin yazında Rusiya ilə elektrik xətlərinin sökülməsinə başlayacaq- ÖZƏL
25 Oktyabr 2024 11:50 DünyaLitva gələn ilin yazında Rusiya və Belarusla elektrik xətlərinin sökülməsinə başlayacaq.
Olaylar.az xəbər verir ki, bu barədə cümə günü, oktyabrın 25-də Baltikyanı respublikanın elektrik şəbəkəsi operatoru Litqrid məlumat verib.
2025-ci il fevralın 8-də Rusiya və Belarus marşrutları üzrə bütün xətlərin kəsiləcəyi bildirilir. Eyni zamanda, Belarus, Rusiya, Estoniya, Latviya və Litvanın vahid elektrik enerjisi sistemi (BRELL) çərçivəsində elektrik enerjisi təchizatı müqaviləsi dayandırılacaq.
"Bunun ardınca yazda lazımsız infrastrukturun sökülməsi olacaq", - deyə məlumatda bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31