Putin: Ukrayna ordusu Kurskda idarəetməni itirib- ÖZƏL

Rusiya Prezidenti Vladimir Putin, Ukrayna Ordusunun Kursk vilayətində mühasirəyə düşmüş bölmələrinin sabit idarəetməni itirdiyini bildirib.

Putin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində bloklanmış qüvvələri hətta mühasirədə olduqlarını dərk etmir. Hazırda onların mühasirədən çıxarılması üçün cəhdlər edilir.

Rusiya liderinin daha əvvəl bəyanına görə, bölgədə təxminən iki min Ukrayna döyüşçüsü bloklanıb. Dövlət başçısının verdiyi məlumata əsasən, Rusiya hərbçiləri onların zərərsizləşdirilməsi ilə məşğuldur.

Məlumatlara görə, son ayda Ukraynanın Kursk vilayətindəki itkiləri 26 min nəfərə çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31