Jurnalist Hinkle BRİKS sammitindən Putinin fotosu ilə Qərb ölkələrini ələ salıb- ÖZƏL

Amerikalı jurnalist Cekson Hinkle Rusiya prezidenti Vladimir Putinin BRİKS sammitindən çəkilmiş fotoşəkili ilə Qərb ölkələrini ələ salıb.

Olaylar.az xəbər verir ki, jurnalist "Putin təcrid olunub" deyə ironik şəkildə "X" sosial şəbəkəsində Rusiya liderinin BRİKS sammitində iştirakçıların əhatəsində dayandığı fotoya yazıb.

Dünya mediası Kazanda keçirilən BRİKS sammitinə xüsusi diqqət yetirərək, davam edən görüşdə Moskvanın təcrid olunmamasının təsdiqini və Qərb ölkələrinin hegemonluğuna meydan oxuduğunu qeyd edib, həmçinin BRİKS-i yeni enerji və perspektivləri təşviq edən çiçəklənən təşkilat adlandırıb. 

Xatırladaq ki, Putin Kazanda keçirilən BRİKS sammitini dünyanın əsas siyasi hadisələrindən biri adlandırıb. Rusiya prezidenti bildirib ki, bir çox ölkələr assosiasiyaya qoşulmaq arzusunu bildiriblər. BRİKS tərəfdaş ölkələrinin siyahısı razılaşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31