Mirşaymer: Qərb Putini beynəlxalq arenada təcrid edə bilmədi- ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-li politoloq Con Mirşaymer, Tatarıstanın paytaxtı Kazanda keçirilən BRİCS sammitinin nəticələrini şərh edərək, Qərb ölkələrinin Rusiya Prezidenti Vladimir Putini beynəlxalq arenada təcrid edə bilmədiyini bildirib.

"Görünür ki, Putini təcrid etmək və onu beynəlxalq arenadan kənarlaşdırmaq cəhdlərimiz uğursuz oldu," - deyə beynəlxalq əlaqələr üzrə ekspert qeyd edib.

Mirşaymerin sözlərinə görə, ABŞ Rusiya iqtisadiyyatını dağıtmaqda da uğur qazana bilmədi və sanksiyalara baxmayaraq, Rusiya iqtisadiyyatı güclənməyə davam edir. O, həmçinin ABŞ-nin Ukrayna siyasətinin də uğursuzluğa düçar olduğunu vurğulayıb.

Xatırladaq ki, Kazanda 22-24 oktyabr tarixlərində keçirilən BRİCS sammitində 35 dövlətin və altı beynəlxalq təşkilatın nümayəndə heyətləri iştirak edib. Prezident Putin sammiti "çox zəngin" adlandırıb və BRİCS-in qapalı bir format olmadığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31