Ukrayna savaşı bu tarixdə bitəcək, dəqiq bilirik
24 Oktyabr 2024 12:20 DünyaUkraynadakı döyüşlərin ən geci 2025-ci ilin ortalarında bitəcəyini gözləyirik.
Olaylar bildirir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
"Konkret məntiqi nəticələr çıxarmağa imkan verən müxtəlif məlumatlar var. Bunlar şifahi söhbətlər deyil. Düşünürük ki, müharibənin yanvarda, maksimum gələn ilin ortalarında başa çatması daha realdır. Hər şey bunu göstərir və biz də konkret informasiyaya əsaslanırıq. Məntiqi nəticə konkret informasiyaya əsaslanır, hər hansı intuisiyaya deyil", - deyə o bildirib. (axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31