Terrorun Ərdoğanın səfərdə olduğu vaxt baş verməsi təsadüfi deyil - TBMM sədri

Terror hücumunun Prezident Rəcəb Tayyib Ərdoğanın səfərdə olduğu vaxt həyata keçirilməsi təsadüfi deyil.

Olaylar.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş deyib.

TBMM başqanı bildirib ki, Türkiyə terrorla mübarizəni sona qədər davam etdirəcək.

Qeyd edək ki, ötən gün Ankarada TUSAŞ-ın istehsal obyektində baş verən terror aktı nəticəsində 5 nəfər şəhid olub, 22 nəfər isə yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31