İsrailə 100-dən çox raket atıldı

Livanın "Hizbullah" hərəkatı İsrailə təxminən 135 raket atıb.

Olaylar bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) "Telegram" kanalında məlumat verilib.

"Bu gün (23 oktyabr) saat 23:00-a olan məlumata görə, "Hizbullah" terror təşkilatı tərəfindən atılan təxminən 135 mərmi Livanın İsraillə sərhədini keçib", - deyə məlumatda deyilir.

Nə qədər raketin vurulduğu və nə qədərinin hədəfə çatdığı barədə isə heç bir məlumat verilmir. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31