Ərdoğan Kazanda həmin terrordan danışdı - “4 şəhidimiz var”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradakı terror aktı ilə bağlı açıqlama verib.

Ərdoğan bu barədə Rusiyanın Kazan şəhərində keçirilən BRİCS sammitində çıxışı zamanı danışıb.

Türkiyə lideri hücumda 4 nəfərin həlak olduğunu, 14 nəfərin isə yaralandığını bildirib. Qeyd edib ki, yaralılardan 3-nün vəziyyəti ağır olaraq qalır.

Türkiyə Prezidenti Rusiyada keçirilən beynəlxalq platformadan terror aktını pislədiyini də bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31