NATO Baş katibi: Türkiyədəki terror aktını pisləyir, hadisələri yaxından izləyirik

Biz terrorizmin bütün formalarını şiddətlə qınayırıq.

Bu barədə NATO-nun Baş katibi Mark Rutte "X" platformasındakı paylaşımında bildirib.

"Ankarada ölən və yaralananlarla bağlı xəbərlər narahatlıq doğurur. NATO müttəfiqimiz Türkiyənin yanındadır. Biz terrorizmin bütün formalarını şiddətlə qınayırıq və hadisələri yaxından izləyirik", - Rutte paylaşımında qeyd edib.

O, indilərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ankaradakı terror aktı ilə bağlı telefon danışığı apardığını da vurğulayıb: "Mənim mesajım aydın idi: NATO Türkiyənin yanındadır!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31